Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

 22:22 27.06.2020     357

Bu gün Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5082 nəfəri ötüb.

Son sutkada Türkiyədə COVID-19-a 1372 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 195 min 833 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son bir gündə 1984 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 169 min 182 nəfərə yüksəlib. / Report