Tramp bu ölkədə də əsgər sayını azaldır?

Tramp rəhbərliyi ABŞ-ın Əfqanıstandakı əsgər sayını 8 min 600-dən 4 min 500-ə endiyməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın CNN telekanalı iddia edib.
Məlumata görə, ölkə rəhbərliyi məsələ ilə bağlı son mərhələdədir:
“Donald Tramp bu mövzuda qətiyyətlidir. ABŞ Müdafiə naziri Mark Esper məsələni NATO müttəfiqləri ilə də danışıb. Ancaq əsgərlərin Əfqanıstandan çıxarılacağı tarix bəlli deyil”. / Axar