Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu keçib

 09:10 28.06.2020     630

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı on milyonu ötüb. 

Redaktor.az xəbər verir ki, koronavirus qurbanlarının ümumi sayı isə 498 min 952-dir.

Yoluxanların sayına görə hazırda ABŞ liderdir. Bu ölkədə 2 milyon 577 min 526 nəfər koronavirus daşıyıcısı qeydə alınıb. Sonrakı yerləri isə Braziliya və Rusiya bölüşür.