Rusiya onların məhvi üçün mükafat verir? - Taliban

Taliban Rusiya kəşfiyyatı ilə əlaqəsi olması barədə "Nyu York Tayms" qəzetinin yaydığı məlumatı təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbihullah Mücahid deyib.
O bildirib ki, Taliban bu iddianı rədd edir:
"Bir sıra Qərb mediasında Talibanın ABŞ hərbiçilərini öldürmək və bu kimi digər işlər üçün Rusiyadan pul alması ilə bağlı məlumatlar yayıldı. Biz bu iddianı qətiyyətlə rədd edirik". / Axar