Maas: Sərhədlərin yenidən bağlanması istisna edilmir

 02:04 28.06.2020     286

COVİD-19 pandemiyasının ikinci dalğası Avropa İttifaqı (Aİ) və Şengen zonası daxilində sərhədlərin yenidən bağlanmasına səbəb ola bilər.

Redaktor.az-ın məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas DPA agentliyinə verdiyi müsahibəsində bildirib.

Nazir deyib: "Aİ-nin bir bölgəsində digərlərinə nisbətən daha çox yoluxma sayı olduğu halda sərhədlərin yenidən bağlanmasının məcbur olacağı istisna edilmir".

Mart ayının ortalarında Avropa ölkələri birtərəfli qaydada turist səfərlərini qadağan etdi. H.Maasın sözlərinə görə, pandemiyanın ikinci dalğası vəziyyətində Aİ-də belə bir qərar kollegial şəkildə qəbul ediləcəkdir.