Makron Putinlə Liviyanın taleyini müzakirə edib

Rusiya prezidenti Vladimir Putin vә Fransa prezidenti Emmanuel Makron Liviya ilә bağlı danışıqların yenidәn başlaması mәsәlәsindә hәmfikir olduqlarını dilә gәtiriblәr.
Redaktor.az xəbər verir ki, Vladimir Putin vә Emmanuel Makron arasında videokonfrans formatında görüş keçirilib.
Liderlәrin Liviya mәsәlәsini әtraflı şәkildә müzakirә etdiyi bildirilib. Mәlumatda hәmçinin deyilib:
‘‘Liderlәr Liviya mәsәlәsindәki narahatlıqlarını dilә gәtiriblәr. Tәrәflәr Liviyada atәşkәsin tәmin edilmәsi vә danışıqların yanvar ayında tәşkil edilәn Berlin konfransının qәrәrları, Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurasının 2510 nömrәli qәrarı çәrçivәsindә yenidәn başlamasının vacibliyini vurğulayıblar’’.