Ermənistanda daha 736 nəfər koronavirusa yoluxub

 11:26 28.06.2020     518

Ötən sutka ərzində Ermənistanda daha 736 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 24 min 645 nəfərə çatıb.

Ötən sutka ərzində virusa yoluxan 6 nəfər ölüb və bununla da ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 426 nəfərə yüksəlib. Ötən gün koronavirusa yoluxanlar arasında digər səbəblərdən isə 7 nəfər ölüb və bununla da koronavirusa yoluxanlar arasında digər səbəblərdən ölənlərin sayı 139 nəfərə çatıb. //APA