İtaliyada son sutkada koronavirusdan 22 nəfər ölüb

 04:25 29.06.2020     799

İtaliyada son sutka ərzində koronavirusdan 22 nəfər ölüb, yoluxanların sayı 174 nəfər olub. 

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Son 24 saat ərzində Lombardiya bölgəsində 97 yeni infeksiya hadisəsi qeydə alınıb. Səkkiz cənub bölgəsində isə yoluxma hallarının olmadığı bildirilir. 

İtaliyada yoluxanların ümumi sayı 240 min 310-a, ölənlərin sayı 34 min 738 nəfərdir. //APA