Çində bir şəhər karantinə bağlandı: COVID-19-un ikinci dalğası başladı

Çinin paytaxtı Pekindən 140 kilometr aralıda yerləşən və 11 milyon nəfər əhalisi olan Baodin şəhəri karantinə bağlanıb.
Redaktor.az-ın məlumatına görə, şəhərdə koronavirus infeksiyasının ikinci dalğası başlanıb.
Virusun bura paytaxtdan gətirildiyi iddia olunur.
Hazırda Baodinə bütün giriş-çıxışlar bağlıdır, kütləvi dezinfeksiya işləri aparılır, sakinlər koronavirus testindən keçirilir. //Oxu.az