COVID-19 peyvəndi vurulmuş könüllülərin vəziyyəti AÇIQLANDI

Həkimlər Rusiyada COVID-19 peyvəndinin sınaqlarında iştirak edən könüllülərin vəziyyətindən danışıblar.
Redaktor.az xəbər verir ki, mütəxəssislər qeyd ediblər ki, peyvənd yeridilməsindən bu ana qədər hər hansı mənfi təsir müşahidə olunmayıb.
Sınaqlar çərçivəsində könüllülərin COVID-19-a qarşı immuniteti yoxlanılacaq, həmçinin, qanın kliniki və biokimyəvi analizləri aparılacaq.
Xatırladaq ki, Rusiyada peyvəndin sınaqlarına iyunun 18-də başlanılıb. //Oxu.az