İnanılmaz görüntülər: Silah səsləri eşidilir... - ABŞ-da ara qarışdı / FOTO

ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra başlayan etiraz aksiyaları davam edir.
Redaktor.az xəbər verir ki, Missuri ştatının Sent-Luis şəhərində aksiya zamanı baş verən hadisə isə gündəmi silkələyib.
Sent-Luisdə yaşayan vəkil ər-arvad evlərinin önündən keçən etirazçıları avtomat və tapança ilə hədələyiblər. Etirazçıların hadisəni “Twitter”-də paylaşmasından sonra, əraziyə jurnalistlər gəlib. Qadının silahı tuşladığı nümayişçilərdən birinin köynəyində “Atəş açma” kəlməsinin yazıldığı diqqətdən yayınmayıb.
Fərdi silahlanma ABŞ-da, xüsusən də cənub ştatlarında böyük bir problemə çevrilib.
"Associated Press" (AP) xəbər agentliyi gündüz vaxtı yaşanan qalmaqalla bağlı suallara polisin cavab vermədiyini bildirib.
Vəkil cütlüyün silahlı təhdidindən sonra etirazçılar, anti-irqçi nümayişlərdə iştirak edənlərin adlarını açıqlamaqda və irqçi ağdərililərə təqdim etməkdə günahlandırılan Sent-Luis valisinin iqamətgahına gedərək, yola boyalarla “İstefa et” şüarını yazıblar.
ABŞ-da artıq təkcə polislər və etirazçılar qarşı-qarşıya gəlmir. Bir çox yerlərdə “Qaraların həyatı dəyərlidir” şüarlarına qarşı “Ağların həyatı dəyərlidir” aksiyaları da keçirilməyə başlayıb. Sağçı və respublikaçı amerikalılar qaradərililərin anti-irqçi nümayişlərinə etiraz etməyə başlayıblar. Mitinqlərdə hər iki tərəf arasında tez-tez qarşıdurmalar yaşanır.
Hadisələri çıxışları və paylaşımları ilə alovlandıran ABŞ Prezident Donald Tramp daha bir paylaşımla diqqət çəkib. Belə ki, o, dəstəkçisinin “White Power - Ağların gücü” sözlərini dediyi videonu“Twitter”də paylaşıb.
Qeyd edək ki, bu ifadəni ağların üstünlüyünü müdafiə edənlər istifadə edirlər.
Sevda Ulutau / Redaktor.az