Əfqanıstanda terror: 23 nəfər ölüb - SON DƏQİQƏ

Əfqanıstanın cənubundakı Helmand əyalətinin Sanqin rayonunda terror aktı baş verib.
Redaktor.az xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində 23 mülki şəxs həyatını itirib, 15 nəfər isə yaralanıb.
Hücumun "Taliban" tərəfindən edildiyi iddia olunur. Lakin terror aktına görə heç kim məsuliyyəti üzərinə götürməyib.
Şahidlər hücumların insanların bazarda alver edərkən təşkil edildiyini söyləyib.
Qeyd edək ki, Helmandın Sanqin rayonunun əksər əraziləri "Taliba"nın nəzarətindədir.
Sevda Ulutau / Redaktor.az