Avropada həyəcan: Rusiyadan gələn böyük təhlükə...

 12:41 30.06.2020     8643

Şimali Avropa hava məkanında radiasiya monitorları tərəfindən radioaktiv materialların səviyyəsində artım müəyyən edilib. Əsasən Finlandiya, İsveç və Norveçdə aşkar olunan radioaktiv materialın miqdarının insan sağlamlığına zərər verəcək səviyyədə olmadığı qeyd edilib.

Redaktor.az xəbər verir ki, Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi Təşkilatının (CTBTO) mülki radioaktivliyi ölçən stansiyalarının əldə etdiyi məlumatlara görə, şüalanmanın mənbəyi Rusiya və ya Latviyada yerləşir.

Vyana mərkəzli CTBT Baş katibi Lassina Zerbo mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, aşkar olunan radioaktiv maddələr çox güman ki, mülki mənşəlidir.

Hollandiya Xalq Sağlığı və Ətraf Mühit İnstitutunun hesablamalarına görə, ölçmələr daha dəqiq yerin təyin olunmasına imkan verməsə də, radionuklidlərin qərbi Rusiyadan gəldiyi iddia edilib.

Rusiya nüvə enerjisi istehsalçısı "Rosenergoatom"un sözçüsü, bölgədəki "Leningradskaya" və "Kolskaya" nüvə stansiyalarında hər hansı bir anormallıq olmadığını ifadə edərək, bu radiasiyanın Rusiyadan qaynaqlanmadığını bildirib.

Sevda Ulutau / Redaktor.az