Son sutkada koronavirusdan 290 nəfər vəfat edib - ABŞ

 18:33 29.06.2020     1069

ABŞ-da son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 290 nəfər vəfat edib.

Redaktor.az-ın verdiyi xəbərə görə, ABŞ-da indiyədək koronavirusdan ölənlərin ümumi sayı 128 min 451 nəfərə çatıb.

Qeyd edək ki, bu ölkədə virusun ikinci dalğası başlayıb. //APA