"İnterpol" İranın Trampla bağlı rədd etdi

 19:58 29.06.2020     1724

"İnterpol" İran hökumətinin ABŞ Prezidenti Donald Tramp barəsində “qırmızı xəbərdarlıq”la axtarış elan etmək müraciətini qəbul etməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "İnterpol"dan bildiriblər.

Lakin "İnterpol" mövcud hüquqi qaydalara görə hər hansı müdaxilə və ya siyasi, hərbi, dini, yaxud irqi səciyyəli fəaliyyətləri üzərinə götürmək səlahiyyətinin olmadığını açıqlayıb.

Belə bir müraciətin İran tərəfindən gəlməsini təsdiqləməyən təşkilat, müraciət olsa belə, onu yerinə yetirməyin qeyri-mümkün olduğunu diqqətə çatdırıb.

ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Kuk sözügedən müraciətin təbliğat xarakterli olduğunu, heç kimin ciddi qəbul etmədiyini bildirib. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən