Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı

Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5115 nəfəri ötüb.
Son sutkada Türkiyədə COVID-19-a 1374 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 min 613 nəfərə çatıb.