Rusiyada əhalinin siyahıyaalınması təxirə salınıb

 06:27 30.06.2020     398

Rusiyada əhalinin siyahıyaalınması gələn il keçiriləcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Statistika Komitəsinin rəhbəri Pavel Malkov bildirib.

“Rusiya hökumətinin qərarına əsasən, əhalinin siyahıyaalınması aprelin 1-dən 30-dək keçiriləcək. Qərar tezliklə çap olunacaq”, - o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl bu kampaniyanın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus səbəbindən təxirə salındı. / Report