Gürcüstanda koronavirusa yoluxanların sayı 928-ə çatdı

 10:08 30.06.2020     471

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın xəbərinə görə, Gürcüstanda koronavirusla əlaqədar 2 809 nəfər karantində saxlanılır, 229 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 794 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.