Rusiyada COVID-19-a yoluxanların sayı 647 849 nəfərə çatıb

 11:42 30.06.2020     411

Rusiyada son sutka ərzində daha 6 693 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 647 849 nəfərə çatıb.

Son sutka ərzində 154 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 320 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 412 650 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir. //APA