Ərdoğan Trampa təzyiq göstərib - Detallar üzə çıxdı

 23:20 30.06.2020     3323

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışıqları ABŞ mediası tərəfindən yayımlanıb.

Redaktor.az xəbər verir ki, amerikalı jurnalist Karl Bernşteyn iki lider arasında tez-tez danışıqların olduğunu açıqlayıb. O bildirib ki, Ərdoğan Trampın qarşısında hər zaman güclü olub.

Bundan başqa, “CNN İnternational” kanalı Ərdoğanla Trampın bəzi vaxtlarda həftədə 2 dəfə telefon danışığı apardığını bildirib:

“Tramp telefon danışığı zamanı ABŞ-ın sabiq prezidentləri Corc Buş və Barak Obamanı tənqid etməkdən məmnun qalırdı. O, Buş və Obama üçün “Heç bir şey bilmirlər” deyirdi. Milli təhlükəsizlik üzrə müşavirlər Makmaster və Con Bolton, həmçinin Ağ Ev aparatının rəhbəri Con Kelli telefon danışıqlarından çox narahat idilər. Çünki Ərdoğan Trampa bəzi siyasətlərində güzəştə getmək üçün davamlı olaraq təzyiq göstərirdi”. / Axar