Türkiyədə koronavirus xəstələrinin sayı 200 minə çatır

 23:00 30.06.2020     522

Türkiyədə son sutkada koronavirusdan daha 16 ölüm qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5131 nəfərə çatıb. 

Bu gün koronavirusa 1293 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 199 min 906 nəfərə yüksəlıb.

Nazir qeyd edib ki, son sutka ərzində 1302 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 173 min 111 nəfərə çatıb. / Report