İranda ardıcıl partlayışlar baş verib - VİDEO

 21:54 30.06.2020     868

Tehranın şimalında güclü partlayışlar baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli agentliklər məlumat yayıb.

Məlumata görə, partlayış tibb mərkəzində baş verib. Ərazidə bir neçə partlayış səsləri eşidilib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Tələfat barədə məlumat yoxdur.

Partlayışın başvermə səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az