Britaniyada pandemiya qurbanlarının sayı 43,7 mini ötdü

 05:52 01.07.2020     399

Böyük Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 155 nəfər artıb.

Redaktor.az xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da pandemiya qurbanlarının sayı 43 min 730-a çatıb.

Son sutkada COVID-19-a daha 689 yoluxma qeydə alınıb. Hazırda Böyük Britaniyada koronavirus qurbanlarının ümumi sayı 312 min 654 nəfər təşkil edir.