Ermənistanda yoluxanların sayı 26 mini keçdi

 11:17 01.07.2020     751

Ermənistanda son sutka ərzində daha 523 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 26 min 65 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 10 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 453 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 14 min 563 nəfərdir. //APA