Honq Konq Çinə birləşməsinin ildönümünü qeyd edir

 15:50 01.07.2020     1129

Honq Konq, İngiltərənin idarəetməsindən çıxaraq, rəsmi olaraq Çinə birləşməsinin 23-cü ildönümünü qeyd edib.

Redaktor.az xəbər verir ki, hər il şəhərin mərkəzindəki Viktoriya limanında keçirilən bayraq mərasiminə Honq Konq Muxtar Vilayətinin lideri Karri Lam, nazirlər və siyasətçilər qatılıb. Çin və Honq Konq bayraqları birlikdə dalğalandırılıb.

Mərasimə qatılan bütün siyasətçilərin maska taxmaları və sosial məsafə qaydalarına əməl etmələri diqqət çəkib.

Honq Konqda bir ildən çoxdur davam edən demokratiya tərəfdarlarının etiraz aksiyaları səbəbiylə şəhər mərkəzində keçirilməsi planlaşdırılan yürüş və şənliklərin ləğv edildiyi bildirilib.

Qeyd edək ki, çərşənbə axşamı Honq Konq mərkəzi hökuməti Milli Təhlükəsizlik Aktını qəbul edib. Bu addımdan sonra qanun, Konqresin Daimi Komitəsi tərəfindən detallı şəkildə hazırlanacaq və Honq Konqun əsas qanuna əlavə ediləcək.

Milli Təhlükəsizlik Qanunu Çinin mərkəzi hökumətini yıxmaq, üsyan, xəyanət, terrorizm və milli təhlükəsizliyi təhlükə altına atan hərəkət və fəaliyyətlərin qadağan edilməsini əks etdirir.

Qanunun qüvvəyə minməsindən sonra Honq Konqda yaşayan bir çox fəalın sosial media hesablarını sildiyi məlum olub.

Sevda Ulutau / Redaktor.az