Metsamor AES-in fəaliyyəti dayandırıldı

 13:14 01.07.2020     630

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) plan-xəbərdarlıq tədbirlərinin görülməsi üçün 65 gün müddətinə fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə stansiyanın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, böyük həcmli təmir işlərinin görülməsi məqsədi ilə AES-in fəaliyyəti dayandırılıb.

Beləliklə stansiya 2020-ci il iyulun 1-i saat 00.00-dan 65 gün müddətinə - 2020-ci il sentyabrn 3-dək işləməyəcək.