SON DƏQİQƏ: Putin 2036-cı ilə qədər prezident ola biləcək - QƏRAR
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə yenidən seçkilərdə iştirak etməsinə və ölkədəki siyasi sistemi dəyişdirməyə imkan yaradan konstitusiya dəyişikliyi layihəsini təsdiq edib.
Redaktor.az xəbər verir ki, V. Putinin imzaladığı qanun, Konstitusiya Məhkəməsinə göndəriləcək. Məhkəmə dəyişikliklərin konstitusiya uyğun olduğunu təsdiq edərsə, V. Putin qanun layihəsi üzrə referendumun keçirilməsi qərarını imzalayacaq. Referendumda konstitusiya dəyişiklikləri 50 faizindən çox səs toplasa, qərar qüvvəyə minəcək.
Layihəyə görə, Rusiyanın qurucu millətlərin statusunda, federal bölgələrin mövqeyində, Nazirlər Şurasının üzvlərinin və müxtəlif səviyyələrdə fəaliyyət göstərən dövlət rəsmilərinin statuslarında, parlamentin səlahiyyətində, rus dilinin istifadəsində dəyişikliklər həyata keçiriləcək. Bundan əlavə, qanun layihəsinin qəbulu ilə V. Putinə ardıcıl iki dəfə prezident seçilmək icazəsi veriləcək.
Lakin qanun layihəsində bəzi maddələr mübahisə doğurub. "Rusiyanın qurucusu olan xalqın dili - rus dili dövlət dilidir" ifadəsi Rusiyada yaşayan digər xalqlar arasında tənqidlə qarşılanıb.
Konstitusiya dəyişikliklərinə Krımın birləşdirilməsini gücləndirən bənd daxil edilib. “Rusiya Federasiyasının ərazisini özgəninkiləşdirməyə yönəlmiş hərəkətlərə və bu kimi hərəkətlərə çağırışa icazə verilə bilməz" maddəsi ilə Krım məsələsi müzakirəyə çıxarılıb.
İctimai rəydə mübahisələrə səbəb olan məsələlərdən biri də V. Putin üçün xüsusi olaraq hazırlanan layihənin konstitusiya dəyişikliyinə daxil edilməsidir.
V. Putin keçmişdəki iki dönəm vəzifə müddətini sıfırlayan qanun layihəsi ilə konstitusiya əsasında üçüncü dönəm qadağasına baxmayaraq, yenidən prezidentliyə namizəd olacaq. 2024-cü ildə seçkidə namizəd olmağa imkan verən qanun layihəsi sayəsində V. Putinin 2036-cı ilə qədər dövlət başçısı olaraq qalması mümkündür.
Sevda Ulutau / Redaktor.az