İranda meşə yanğınlarına görə 40 nəfər həbs edildi

 19:19 01.07.2020     1032

İranda son günlər baş vermiş meşə yanğınları ilə bağlı 40 nəfər həbs olunub.  

Redaktor.az-ın məlumatına görə, bunu İranda meşələrin, əkin sahələrinin və  su resurslarının mühafizəsi üzrə təşkilatın sədri Əli Abbasnejad deyib.

O deyib ki, baş vermiş yanğınların bir qismi quru hava şəraiti ilə əlaqəli olsa da, bir qismi şübhəlidir və qəsdən törədilib.

Qeyd  edək ki, ötən həftələr İranın qərb və şimal bölgəsində meşə yanğınları baş verib. 

Meşə yanğınları minlərlə hektarda ağacın yanması ilə yanaşı, bir neçə nəfər ekoloji fəalın ölməsinə də səbəb olub. / APA