Türkiyədə koronavirusa yoluxanların sayı 200 mini keçdi

 22:15 01.07.2020     1057

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından bu gün daha 19 nəfər ölüb.

Redaktor.az-ın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca COVID-19-la mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 52 min 313 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb. Bu gün daha 2311 xəstə sağalıb.

F. Qoca deyib ki, Türkiyədə indiyədək yeni növ koronavirus infeksiyasından 5150 nəfər ölüb, 201 min 098 nəfər bu infeksiyaya yoluxub, 175 min 422 nəfəri isə müalicə olunub.