Konstitusiya düzəlişləri üzrə səsvermə yekunlaşdı - Rusiya

 22:31 01.07.2020     1429

Rusiyada konstitusiyaya düzəlişlər üzrə səsvermə başa çatıb, ölkənin qərbindəki - Kalininqrad diyarındakı sonuncu seçki məntəqələri Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.

Redaktor.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən yerli vaxtla saat 20:00-da seçici fəallığı 64,99% təşkil edib, onlardan 71,99%-i dəyişikliklərin lehinə səs verib.

Qeyd edək ki, ölkədə ilk olaraq Kamçatka diyarı və Çukotsk muxtar dairəsində səsvermə başa çatıb. Bir saat sonra isə Kalininqrad vilayətində seçki məntəqələri bağlanacaq.

Xatırladaq ki, səsverməyə 206 düzəliş çıxarılıb. Dövlət Dumasının deputatları artıq düzəlişləri qəbul ediblər, Konstitusiya Məhkəməsi isə düzəlişləri qanuni elan edib. //Report.az