Səudiyyə ordusu hərəkətə keçdi - İrana qarşı şok hücum

 23:12 01.07.2020     1446

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri növbəti dəfə İranın Yəmənə silah daşımasının qarşısını alıb.

Redaktor.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, müxtəlif vaxtlarda İrana qarşı iki əməliyyat həyata keçirilib. Bildirilir ki, müasir silahların Yəməndəki Husi üsyançılarına göndərilməsi nəzərdə tutulsa da, əməliyyat nəticəsində plan baş tutmayıb.

Əməliyyatın hansı formada təşkil olunduğu və fəsadlar barədə məlumat verilmir.

Anar Türkeş / Redaktor.az