Türkiyədən koronavirusla bağlı XƏBƏRDARLIQ

 23:38 01.07.2020     705

“H1N1 nəslindən olan yeni növ "donuz qripi" mutasiyaya uğrayarsa, insandan insana yoluxa bilər”.

Redaktor.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra belə deyib.

Nazir bildirib ki, yeni növ "donuz qripi"nin insandan insana keçməsi haqqında elmi məlumatlar yoxdur, amma donuzdan insana yoluxduğu məlumdur.

F. Qoca vurğulayıb ki, bu fakta da ilk dəfə Çində rast gəlindiyi üçün Türkiyənin mütəxəssisləri çinli elm adamları ilə mütəmadi fikir mübadiləsi aparırlar: “Hələlik vəziyyət sabitdir, fərqli bir vəziyyət yaranacağı halda bunu da ictimaiyyətə açıqlayacağıq. Bu virusla bağlı baş verən proseslər ciddi nəzarətimizdədir”. //APA