Donald Tramp koronavirus vaksini ilə bağlı söz verdi

 00:50 02.07.2020     508

ABŞ Prezidenti Donald Tramp yenidən koronavirusun hansısa bir anda yox olacağına əminliyini ifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalının efirində deyib.

ABŞ rəhbəri bildirib ki, xəstəliyin vaksini tezliklə meydana çıxacaq:

"Mən inanıram ki, koronavirus hansısa bir anda gedəcək, çox tezliklə bizdə vaksin olacaq”, - deyə  Donald Tramp bildirib.