Türkiyədə iki müxalifət telekanalının yayımı dayandırılır

 03:50 02.07.2020     434

Türkiyədə müxalifətyönümlü iki telekanalın yayımının dayandırılmasına qərar verilib.

Redaktor.az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) TELE1 və Halk TV telekanallarının hər birinin 5 gün müddətində yayımdan kənarlaşdırılmasına qərar verib. Qərarı RTÜK üzvü İlhan Taşçı elan edib.

Bildirilib ki, kanallarda dövlət qurumları və onların rəhbərliyi haqqında deyilən bəzi fikirlər protokollaşdırılıb və belə qərar verilib.