Gürcüstanda koronavirusa yoluxanların sayı 939 nəfərə çatıb

 10:25 02.07.2020     612

Gürcüstanda son bir sutka ərzində koronavirusa (COVID-19) 8 yoluxma halı qeydə alınıb.  

Redaktor.az-ın xəbərinə görə, qonşu ölkədə koronavirusa yoluxanların sayı 939 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3080 nəfər karantində saxlanılır, 242 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 817 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.