İranda 4,5 gücündə zəlzələ olub

 10:45 02.07.2020     647

İranın Fars vilayətinin Məhməleh bölgəsində 4,5 gücündə zəlzələ olub.

Redaktor.az-ın məlumatına görə, zəlzələ səhər saat 00:04 radələrində yerin 8 kilometr dərinliyində baş verib. 

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur. //APA