Rusiyada COVID-19-a yoluxanların sayı 694 230 nəfərə çatıb

 11:40 07.07.2020     868

Rusiyada son sutka ərzində daha 6 368 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 694 min 230 nəfərə çatıb.

Son sutka ərzində 198 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 10 min 494 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 463 min 880 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir. //Trend.az