Tehranda partlayış baş verib: 2 ölü, 3 yaralı var / FOTO

 11:53 07.07.2020     1324

İranın paytaxtı Tehran yaxınlığındakı Bəkirşehr qəsəbəsindəki fabrikdə baş verən partlayışda 2 nəfər ölüb, 3 nəfər yaralanıb.`

Redaktor.az xəbər verir ki, ərazinin yerləşdiyi Kahzirak rayonunun valisi mətbuata açıqlamasında partlayışın oksigen silindirlərini dolduran işçilərin səhlənkarlığı səbəbindən olduğunu bildirib.

Yerli vaxtla gecə saat 03:20 radələrində meydana gələn şiddətli partlayışın Tehranın əksər hissəsində eşitildiyi və ictimaiyyətdə çaxnaşmaya səbəb olduğu qeyd edilib. Hadisədən sonra bölgəyə çox sayda yanğınsöndürən və tibb işçisi göndərilib.

Qeyd edək ki, İranda son bir həftədə üçü Tehranda olmaqa, dörd partlayış baş verib. Partlayışlardan biri isə İsfahan şəhərindəki Natanz Nüvə Müəssisəsində yaşanıb. 

Sevda Ulutau / Redaktor.az

 

2 killed in explosion south of Tehran

Iran news: Huge explosion in Tehran - Panic as major blast erupts ...