ABŞ-da “TikTok” qadağan ediləcək

ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ölkəsinin “TikTok” da daxil olmaqla, Çin mənşəli sosial media tətbiqlərini qadağan etməyə hazırlaşdığını söyləyib.
Redaktor.az xəbər verir ki, ABŞ senatorları uzun müddətdir “TikTok” tətbiqinin istifadəçi məlumatlarının istifadəsi və şəxsi məlumatların məxfiliyinə dair milli təhlükəsizlik şərtlərini təmin etməməsindən narahat olduqlarını söyləyiblər.
Çin mənşəli olmasına baxmayaraq, "TokTok" bu ölkədə istifadə edilmir. Kommunist ölkə rəhbərliyini tənqid edən videolar qısa müddətdə platformadan silinir.
Qeyd edək ki, Hindistan və Çin arasındakı sərhəd qarşıdurmasından sonra “TikTok” istifadəsi Hindistanda da qadağan edilib.
Sevda Ulutau / Redaktor.az