İranda son sutkada koronavirusdan 200 nəfər ölüb

 14:02 07.07.2020     415

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 200 nəfər vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 11 min 931 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2637 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 245 688 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 207min nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3270 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.// APA