Əyləncə parkında dəhşətli hadisə - Fransa

 15:16 07.07.2020     4350

Fransada həyat yoldaşı  ilə 2 yaşlı oğlunun doğum gününü qeyd etmək üçün əyləncə parkına gedən 32 yaşlı qadın sürət qatarından yıxılaraq həyatını itirib.

Redaktor.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə şahidləri bildiriblər ki, qəza baş verən anda qadının həyat yoldaşı onu ayağından tutmağa çalışıb.

Köməyinə gələn xilasetmə qrupunun səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin əyləncə parkında 2009-cu ildə də oxşar hadisə baş verib. 35 yaşlı qadın eyni sürət qatarından yıxılaraq ölüb. Lakin onun uyğunsuz davranış səbəbiylə yıxıldığı bildirilərək, park hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Sevda Ulutau / Redaktor.az