Türkiyədə meşə yanğını, boğaz bağlandı

 18:30 07.07.2020     659

Türkiyənin şimal-qərbindəki Gelibolu yarımadasında meşə yanğını baş verib.

Redaktor.az xəbər verir ki, yanğın 450 hektardan çox ərazini əhatə edib.

Hadisə ilə əlaqədar yaxınlıqdakı kəndlərin sakinləri təxliyə edilib, Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanıb.

Yanğının qarşısı bir müddət sonra alınıb. Prosesə iki təyyarə, 20 helikopter, dronlar və 500-dək yanğınsöndürən cəlb olunub. //Trend.az