Türkiyədə 2297 nəfər koronavirusdan sağaldı - 19 xəstə öldü

 23:30 07.07.2020     484

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 207 min 897 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 19 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1053 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5260 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 2297 nəfər təşkil edir.