Çində torpaq sürüşməsi: Ölənlərin sayı 100 nəfəri keçdi

 13:05 08.07.2020     759

Çində son 10 ilin ən güclü leysan yağışlarından sonra meydana gələn torpaq sürüşməsi zamanı 100-dən çox insan həyatını itirib.

Redaktor.az xəbər verir ki, torpaq sürüşməsi Hubei əyalətində 9 nəfərin ölümünə səbəb olub. 

Huanqmey bölgəsində səhər saatlarında yaşanan torpaq sürüşməsindən sonra xilasetmə işləri isə davam etdirilir.

1-7 iyul tarixləri arasında Hubei, Anhui, Zeycan və Çonqinq bölgələrinə düşən yağışın miqdarının 1961-ci ildən bəri bütün bölgələr üçün qeydə alınan ən yüksək hədd olduğu bildirilib.

Çin meteorologiya rəsmilərinin sözlərinə görə, bölgələrə bu il normadan üç dəfə artıq yağıntı düşüb. 

Sevda Ulutau / Redaktor.az

China rains - Latest News on China rains | Read Breaking News on ...

Severe Floods in China Leave Over 106 Dead or Missing - The New ...