Rusiyada bu dərman müalicə üçün təsdiqləndi - KORONAVİRUS

 20:10 08.07.2020     681

Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicəsində istifadə olunması üçün daha bir dərmanı dövlət reyesterində qeydiyyata alıb.

Redaktor.az xəbər verir ki, bu, “Koronavir” adlı dərmandır. Preparat  “R-Farm” firması tərəfindən hazırlanır.

Xatırladaq ki, bundan əvvəl Rusiyada daha iki dərman koronavirusun müalicəsi üçün təsdiqlənmişdi. Bunlar “Areplivir” və “Avifavir” mdərmanları idi. //Qafqazinfo.az