Moskvada kafe və restoranlar açılır - İyulun 25-dən

 21:15 08.07.2020     758

Moskva vilayətində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qapadılmış restoranların, kafelərin, yeməkxanaların, bufetlərin və barların fəaliyyəti bərpa olunur.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva vilayətinin rəsmi internet saytında yerləşdirilən sənəddə bildirilib.

Təsdiq edilmiş sənədin müvafiq paraqrafında qeyd olunub ki, adıçəkilən obyektlər yalnız 25 iyul 2020-ci il tarixindən fəaliyyətə başlaya bilər. //Pravda