SON DƏQİQƏ: Qardaş ölkədə güclü partlayış - 3 şəhid, 12 yaralı var

 18:24 09.07.2020     835

Türkiyədə pirotexnika məhsulları daşıyan yük maşınında partlayış  baş verib.

Redaktor.az xəbər verir ki, Sakaryanın Hendek mahalındakı fişəng fabrikindəki yarasız məhsullar məhv edilmək üçün Adapazarı Taşkısığı ərazisindəki karxanaya gətirilib. Hadisə partlayıcı maddələrin boşaldılması zamanı baş verib. Partlayış səsi şəhərin bir çox yerindən eşidilib.

Bölgəyə çox sayda təcili yardım və yanğınsöndürən maşın göndərilib. Yaralılar yaxınlıqdakı  xəstəxanalara aparılıb.

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bölgəyə gedib. Nazir 3 əsgərin şəhid olduğu partlayışda 11 jandarma və yük maşını sürücüsünün yaralandığını bildirib:

“Digərlərinin həyati təhlükəsi və ya ciddi problemi yoxdur. Yalnız yük maşını sürücüsünün vəziyyəti ağırdır. Bütün tibbi işçiləri əllərindən gələni etməyə çalışırlar. İstintaq davam etdirilir və prokurorlarımız artıq məsələni araşdırmağa başlayıblar. Onlar hamısı bizim övladlarımızdır. Vəzifələrini yerinə yetirərkən belə bir bədbəxt hadisə ilə qarşılaşıblar. Allah rəhmət etsin, başımız sağ olsun!”.

Sevda Ulutau / Redaktor.az