Bu ölkədə məcburi maska taxmaq ləğv edilir

 20:20 09.07.2020     691

İyulun 13-dən Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir.

Redaktor.az xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin bildirib. O qeyd edib ki, son günlər gündəlik yoluxma hallarının sayı 834-dən 670-ə enib.

Bununla yanaşı, Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb.

Aradan qaldırılan məhdudiyyətlər arasında tədris ilinin sentyabrın 1-dən başlaması, uşaq düşərgələri və əyləncə mərkəzlərinin fəaliyyətə başlaması da var. Avqustun 1-dən etibarən Moskvada teatr və kino-teatrların fəaliyyəti bərpa olunacaq.