ABŞ-da 15 ildə ilk dəfə ÖLÜM CƏZASI bərpa olunur

 20:10 09.07.2020     535

İyulun 13-dən başlayaraq ABŞ 15 ildə ilk dəfə federal səviyyədə məhkum olunan cinayətkarlar üçün edam cəzasını bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" islah müəssisələrindəki mənbələrə istinadən yazır.

Belə ki, İndiana ştatında uşaq öldürməkdə günahlandırılan iki məhbusa ölümcül inyeksiya yeridiləcək. Cinayətkarların ailələri, eləcə də onların qurbanlarının yaxınları edamda iştirak edəcəklər. Koronavirusun yayılmasının qarşısını almaq üçün onlardan tibbi maskalar taxmaq tələb olunur.

Qeyd edək ki, sonuncu dəfə ABŞ-da federal səviyyədə ölüm cəzası 2003-cü ildə tətbiq olunub. //Big.az