Yaponiyada daşqınlar və torpaq sürüşməsi - 60 ölü var

 23:00 09.07.2020     768

Yaponiyadakı təcili yardım xidmətləri və hərbi birliklər ölkənin mərkəzi və cənub-qərb bölgələrində onlarla insanın ölümünə səbəb olan daşqınlar və torpaq sürüşməsinin altında qalan minlərlə evə çatmağa çalışır.

Redaktor.az xəbər verir ki, Yanğın və Təbii Fəlakətlər Agentliyi torpaq sürüşməsi və daşqınların Kumamoto prefekturasında 3 mindən çox evə girişə maneə törətdiyini bildirib.

Rəsmilər şənbə günündən bəri yağan leysan yağışların təsirinə məruz qoyduğu bölgələrdə azı 60 adamın öldüyünü bildirib.

Cümə axşamı Yaponiyanın Baş naziri Sindzo Abe 130 min nəfərin xialsetmə əməliyyatlarına cəlb edildiyini deyib. Bunlara polis, yanğınsöndürənlər, sahil keşikçiləri və özünümüdafiə qüvvələri daxildir.

Bu günə qədər Kumamoto prefekturasındakı Kuma çayı da daxil olmaqla, 23 prefekturada 59 çayın daşdığı, azı 179 torpaq sürüşməsi olduğu bildirilib.

Meteoroloji Agentlik leysan yağışların geniş ərazidə bazar gününə qədər davam edəcəyini, aran bölgələrdə torpaq sürüşməsi və daşqınlarla bağlı insanları ehtiyatlı olmağa çağırıb. //Milli.az